02 may, 2024

159 baxış

Azerçay ilə Yeni il şənliyi

20 dekabr 2021-ci il tarixində “Azerçay” şəhid və qazi övladları üçün Yeni il şənliyi teşkil etdi. Doğma çay - “Azerçay” olaraq bizə Zəfər sevincini yaşatmış qəhrəmanlarımızın övladlarını sevindirməkdən qürur duyuruq! Tarixi torpaqlarımız uğrunda həyatını qurban verən şəhidlərimizin bizə əmanəti olan bu balacaları yeni 2022-ci il münasibətilə bir daha tebrik edir, onlara cansağlığı, firavan və xoşbəxt həyat arzu edirik!