02 may, 2024

159 baxış

Azerçay milyonların izlədiyi aşpazla Masallıda

Hər zaman maraqlı layihələri ilə gündəmə gələn “Azerçay” növbəti dəfə ənənəsinə sadiq qalıb. Doğma çayın dəstəyi ilə dünyaca məşhur “Wilderness cooking” YouTube kanalı tərəfindən Masallıda “hinduşka ləvəngisi" bişirilib. Novruz bayramına özəl olaraq hazırlanmış buraxılışda cənub zonasının sevilən yeməyi olan ləvəngi torpağın altında bişirilib. Məşhur aşpaz Tevekkül Aslanovu qarşılayan “Talış nənələri” ona Novruz bayramı münasibətilə “Azerçay” hədiyyə ediblər.