02 may, 2024
Azerçay məşhur elm adamlarının tədbirini dəstəklədi
Hər zaman elm və təhsilə xüsusi diqqət göstərən doğma çay "Azerçay" bu dəfə türk dünyasının önəmli elm adamları Celal Şengör və İlber Ortaylının "Dünyada mövcud beyin köçü" adlı elmi konfransında baş sponsor qismində çıxış edib. Tedbir zamanı, Azərbaycan çay mədəniyyətinin qorunmasını və təbliği üçün müxtəlif layihələr reallaşdıran “Azerçay” iştrakçıları doğma çaya qonaq edib. Eyni zamanda, adıçəkilən milli markamız tərəfindən sevilən alimlərə və tədbir iştirakçılarına hədiyyələr təqdim edilib. Məşhur alimlər Azərbaycan çayçılıq mədəniyyətini çox sevdiklərini və özlərinin də “Azerçay” içdiklərini bildiriblər. Ölkəmizi dünyanın müxtəlif yerlərində şərəflə təmsil edən doğma çayımızın dəstəyi ilə təşkil edilmiş bu tedbir gənclər tərəfindən böyük coşqu ilə qarşılanıb.