header-image clody-icon

Çayın faydaları

  • Çay bütün dünyada məşhur bir içki olmaqla yanaşı, insan sağlamlığına müxtəlif müsbət təsirləri ilə tanınan bir içkidir. Xüsusilə yaşıl çay və qara çayın saysız-hesabsız faydaları var. 
  • Çay ürək xəstəliklərinin qarşısını alır
  • Qara çayda olan yüksək miqdarda flavonollar, taflavinlər ürək xəstələrində koronar arteriya disfunksiyasının bərpasına kömək edir. İfliç, ateroskleroz və digər ürək-damar xəstəliklərinə səbəb ola biləcək qan damarlarının anormal fəaliyyətini də aradan qaldırır.
  • Çay xərçəng riskini azaldır
  • Çayda olan polifenollar güclü sərbəst radikal təmizləyici hesab edilir. Bu da çay istehlakı zamanı xərçəng hüceyrələri ilə mübarizədə aktivlik göstərir, şişin yaranmasına maneə törətdiyi görülmüşdür.
  • Çay diabet riskini azaldır
  • Qara çaydakı əsas bioaktiv birləşmələr polifenollardır, bunun sayəsində uzun müddətli çay istehlakı qanda qlükoza səviyyəsinin aşağı olmasını tənzimləyir.
  • Çay həzmə kömək edir
  • Çay həzmi asanlaşdırmağa kömək edir. Bulantıdan ishala qədər bir sıra problemləri müalicə edir. Çay tərkibindəki taninlər bağırsaq iltihabını azaldır.
  • Çay zehni sağlamlığı dəstəkləyir
  • Mütəmadi çay istehlakı, nevroloji xəstəlik riskinin aşağı olması və stres səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilmişdir. Çay çətin bir gündən sonra rahatlamağınıza kömək edə biləcək təbii sakitləşdiricidir.
  • Çay enerjini artırır
  • Qara çaydakı kofein qan dövranına kömək edir və beyin funksiyalarını gücləndirir. Maddələr mübadiləsi, tənəffüs sistemini, ürək və böyrək funksiyalarını stimullaşdırır.
  • Çay antibakterial təsirə malikdir
  • Çay polifenolları antibakterial aktivliyi ilə tanınır. Tədqiqatlar göstərir ki, qara çay Helicobacter pylori infeksiyası riskini azaldır.
  • Çay ağız sağlamlığını yaxşılaşdırır
  • Gündəlik şəkərsiz bir fincan çay, ağızda iltihabı azalda bilər, diş çürüməsinin qarşısını alır və bakteriya artımını dayandırır.