06 yanvar, 2025
140 baxış
Azərçay yenidən ölkəmizi beynəlxalq səviyyədə uğurla təmsil edərək böyük nailiyyətə imza atdı! Dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını şərəflə daşıyan doğma çayımız, “Caspian Energy Club” tərəfindən təşkil edilən “10-cu Beynəlxalq Caspian Business Award” mükafatında “İlin Çay İstehsalçısı” adına layiq görülüb.
Bu yüksək mükafat Azərçayın keyfiyyətli məhsulları, milli dəyərləri və beynəlxalq səviyyədə etibarını bir daha sübut edir. Qürur mənbəyimiz olan Azərçaya bu yolda dəstək olan hər kəsə təşəkkür edirik!