Azərçayın tarixi

AZERÇAY 1996-cı ildən etibarən "Azersun Holding"in nəzdində fəaliyyət göstərən "Sun-Tea" Çay paketləmə fabrikində istehsal olunaraq Azərbaycan bazarına ilk milli çay markası kimi daxil olmuşdur. Bu çay Azərbaycanın cənubunda, Lənkəran və Astara bölgələrində yetişən çay bağçalarından toplanmış yüksək keyfiyyətli çaylardır. Yüksək keyfiyyətli qara və yaşıl çay çeşidləri ilə AZERÇAY markası dünya bazarında da çox böyük rəğbət qazanmışdır. Hal-hazırda AZERÇAY Rusiya, Ukrayna, Belarusiya, Litva, Polşa, Qazaxıstan, Qırğızıstan, ABŞ kimi ölkələrin çay bazarında da mövcuddur... Bazarda müxtəlif markalı çaylar mövcuddur ki, onların içərisində AZERÇAY özünəməxsus yeri və rolu ilə seçilir. Azərbaycan çayının təbiiliyini və təravətini özündə əks etdirən AZERÇAY müvafiq istehlakçı qrupunun tələbatına tam uyğundur. Buna görə də AZERÇAY markasının hədəf kütləsi əsasən ənənəvi Azərbaycan çayını istehlak etmək istəyən, fərqli meyvəli və bitki tərkibli çay sevən, həmçinin bu çayı heç bir marka ilə əvəz etmək istəməyən doğma və yerli çaya bağlı insanlardır. AZERÇAY markası Rusiya istehlakçılarının yüksək rəğbətini qazanmaqla bu çaya daha yüksək tələbat nümayiş etdirmişdir. Buna görə də 2010-cu ildən etibarən AZERÇAY Rusiya Federasiyası, Krasnodar vilayəti, Beloreçensk şəhərində yeni inşa edilən “Kuban Tea” Çay Fabrikində kütləvi formada istehsal olunmağa başlamışdır. 2005 və 2007-ci illərdə III və V Ümumdünya Çay və Qəhvə Festivalında AZERÇAY “qara, ətirli çay” nominasiyasında qızıl medala və sertifikatlara layiq görülmüşdür. Eyni zamanda AZERÇAY məhsulu dünya standartlarına tam uyğunluğuna və yüksək keyfiyyət səviyyəsinə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə görə ISO 9001:2008 və İSO 22000 sertifikatlarını almışdır. 2011-ci ildə Azərbaycanda keçirilən Brand Award müsabiqəsində “İlin bir nömrəli markası” mükafatına layiq görülmüşdür. Yuxarıda qeyd olunanlarla yanaşı 2013-cü ildə AZERÇAY Moskva şəhərində keçirilən “Dünya Qida 2013” sərgisində yüksək keyfiyyətli çay nominasiyasında “İlin Məhsulu”, həmçinin bu il Azərbaycanda keçirilən “Xalq Seçimi” müsabiqəsində “Ən çox sevilən çay” nominasiyasında yüksək mükafatlara layiq görülmüşdür.   Hal-hazırda AZERÇAY bir dünya markası olaraq tanınmaqla öz istehlakçılarına müxtəlif və rəngarəng çeşidləri ilə əvəzolunmaz çay ləzzəti bəxş edir.   AZERÇAY Doğma Çay

Yetişdirildiyi bölgələr

1970-1980-ci illərdə 36 hektar çay əkilmiş, 34 ton çay istehsal edilmişdir. Həmin dövrdə 15 zavod tikilib istifadəyə verilmişdir. Azərbaycanda yerli çay istehsalı 1980-ci illərin ortalarında ən yüksək həddə çatmışdır. O zaman bu rəqəm 8,6 min ton, çay plantasiyalarının sahəsi isə 13,4 min hektar idi. 300 milyon əhalisi olan SSRİ-nin çaya olan tələbatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilirdi. O dövrdə Azərbaycanın cənub bölgəsində ondan çox çay emalı zavodu fəaliyyət göstərirdi. Eyni zamanda, Bakıda və Lənkəranda minlərlə işçinin çalışdığı iki böyük çay qablaşdırma zavodu fəaliyyət göstərirdi. Azərbaycan çayı xüsusilə Azərbaycanın cənub bölgələrində yetişdirilən çay növüdür. Azərbaycanda çay daha çox Lənkəran, Astara, Masallı, Zaqatala, Qax və Balakən rayonlarında yetişdirilir.

İçerik değiştir
Değişecek alan