Niyə Azərçay?
Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilmiş, ilk çay fabriki isə 1937-ci ildə Lənkəranda tikilmişdir. Bundan sonra Azərbaycanda kütləvi çay istehsalına başlanılıb.
Azərbaycan çayı Azərbaycanın daha çox cənub bölgələrində yetişdirilən çay növüdür. Azərbaycanda çay daha çox Lənkəran, Astara, Masallı, Zaqatala, Qax və Balakən rayonlarında yetişdirilir. 1970-1980-ci illərdə 36 hektar sahədə çay becərilirdi və 34 ton çay istehsal olunurdu. Həmin dövrdə 15 zavod tikilib istifadəyə verilmişdir. Azərbaycanda yerli çay istehsalı 1980-ci illərin ortalarında ən yüksək həddə çatmışdır. O zaman bu rəqəm 8,6 min ton, çayın plantasiyalarının sahəsi isə 13,4 min hektar idi. 300 milyon əhalisi olan SSRİ-nin çaya olan tələbatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilirdi. O dövrdə Azərbaycanın cənub bölgəsində ondan çox çay emalı zavodu fəaliyyət göstərirdi. Eyni zamanda, Bakıda və Lənkəranda minlərlə zəhmətkeş işçinin çalışdığı iki böyük çay qablaşdırma zavodu fəaliyyət göstərirdi.
Azerçay 100% təbii çaydır. O, Azərbaycanın doğmasıdır. Bu çayda minlərlə zəhmətkeş qadın fermerlərinin əməyi vardır. 44-dən çox ölkədə satılır. Həm Azərbaycanda, həm də dünyada Azərbaycan mədəniyyətini və adət-ənənəsini qoruyub saxlayan və ən gözəl şəkildə nümayiş etdirən tək çay markasıdır.