Kəklikotulu

Azerçay Kəklikotulu

AZERÇAY kəklikotulu qara çay Təbiətin ən gözəl, ən faydalı bitkiləri olan çay və kəklikotunu dənə-dənə seçərək bir yerə topladıq. Bu çayın xoş ətri, dadı əvəzsizdir. Uzaqlarda axtardığınız o nəfis dadı artıq AZERÇAY kəklikotulu qutularında tapacaqsınız.

Hər kəsin dadına heyran qalacağı ləzzətli bir çay dəmləyin! Hər kəsin dadına heyran qalacağı ləzzətli çay dəmləmək üçün təzə və yüngül sudan istifadə etmək lazımdır. Suyu qaynadarkən içindəki oksigenin itməməsi üçün 10 saniyədən çox qaynadılmamalıdır. Qaynamış suyu yenidən isidib istifadə etmək olmaz. Metal yox, çini dəmlikdən istifadə etmək daha məsləhətdir. İriyarpaqlı 2 çay qaşığı quru çayın üzərinə 200 ml təzə qaynadılmış su əlavə edilir və dəmliyin qapağı örtülür. Çayın daha gözəl dəm alması üçün üzəri mütləq dəsmalla örtülməlidir. Bu halda çayın 6 -7 dəqiqə dəmlənməsi gözlənməlidir. Dəmlənmiş çay zövqə uyğun süzülərək süfrəyə təqdim edilir. Qutunu açdıqdan sonra çay ağzı hermetik bağlanan qabda quru və ətirsiz yerdə saxlanılmalıdır. 

Bu məhsul orta yarpaqlı, uzunsov burulmuş orange Pekoe çayları ilə, füsünkar təbiətin bizə bəxş etdiyi incə kəklikotu yarpaqlarının qarışığıdır. Dəmin rəngi açıq parlaq qızılı-qırmızı rənglidir, ətri və dadında kəklikotu zərifliyi vardır.

Dəmlənmə qaydası

  • 1 ədəd paket çay
  • 100 ℃ qaynadılmış
  • 4-5 dəq dəmlənsin

Digər məhsullar

Hamısına bax