03 may, 2024

150 baxış

Azerçay "Çay Festivalı"nda

3 gün davam edən "Çay Festivalı"nda müxtəlif animasiyalar, sürpriz hədiyyələr və məşhur müğənnilərlə əyləncə baş tutdu. Lənkəranlı Nənələr qrupu, Jafarlinsky Band, əməkdar artist Ədalət Şükürov və DJ Elax da festival çərçivəsində tədbirə rəng qatdılar. Aparıcı Sənan Şəfizadə isə festivalda hədiyyələrlə dolu yarışmalar, milli adət-ənənəmizə uyğun oyunlar ilə əyləncəni daha da maraqlı və rəngarəng etdi.