06 yanvar, 2025

132 baxış

“Şuşa, Sabahın Xeyir”: Azərçay’dan Şəhidlərimizə Həsr Olunan Unudulmaz Layihə

Doğma torpaqlarımızın dəyərlərinə, tarixinə və mədəniyyətinə xüsusi diqqət göstərən “Azərçay” ənənəsinə sadiq qalaraq, Vətən müharibəsi şəhidi Pənah Məmmədovun həyatına həsr olunmuş “Şuşa, Sabahın Xeyir” klipini təqdim etdi. Klipin rejissoru Emin Muradov, sözlərin müəllifi şair Əyyub Qiyas, bəstəkarı və ifaçısı isə Sevinc Ağasıyeva (Sivva)dır.

Azərçay bundan əvvəl Şəhidimizin böyüdüyü Şəkinin Zəyzid kəndində onun əziz xatirəsinə həsr olunmuş tədbir də təşkil etmişdir. Milli-mənəvi dəyərlərimizi yaşadan və qəhrəmanlarımızın adını uca tutan bu təşəbbüs üçün qürur duyuruq.