03 may, 2024

140 baxış

Azerçay COP28-də

"Azerçay" Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən BMT-nin İqlim Deyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində ölkəmizin çay mədəniyyətinin tanıdılmasına öz töhfəsini verib. Ölkə çayçılığını təmsil edən milli markamız ziyarətçiləri çay süfrəsinə qonaq edib. Qeyd edək ki, “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan doğma çay "Azerçay" Azərbaycanın dünyaya tanıdılması üçün 10 illərdir ki, müxtəlif qlobal layihələrdə yaxından iştirak edir.