02 may, 2024
Azerçay növbəti mükafatını qazanıb
İllərdir ölkəmizi müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil edən “Azerçay” növbəti dəfə yüksək mükafat qazanıb. Dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan doğma çay “Caspian Energy Club” tərəfindən təltif edilib. Markamız adıçəkilən təşkilat tərəfindən “İlin Çay İstehsalçısı” olaraq “10-cu Beynəlxalq Caspian Business Award”a layiq görülüb.